SƏNAYE

23 Yanvar

LNG terminalı kommersiya fəaliyyətinə hazırlaşdırılır

İlk mayeləşdirilmiş qaz (LNG) sınaq yükü Yunanıstanın şimalındakı Aleksandrupolisdə yerləşən LNG saxlanılması və yenidən qaz vəziyyətinə gətirilməsi stansiyasına çatdırılıb.

Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sınağın məqsədi terminalı milli qaz sisteminə birləşdirən, əksəriyyəti su altında olan 28 kilometr uzunluğunda boru kəmərinin yanacaqla doldurulması, bütün sistemlərin düzgün işlədiyini yoxlanılması və bütün kiçik problemləri aradan qaldırılmasıdır ki, altı-yeddi həftə ərzində layihə kommersiya fəaliyyətinə hazır olsun.

Bildirilir ki, kommersiya istismarına martın ilk ongünlüyündə başlanması planlaşdırılır.

Məlumata görə, layihə ilk olaraq Yunanıstan sisteminə qaz tədarük edəcək, birinci mərhələdə ildə 1,5 mlrd. kubmetr, Qalan 4 milyard kubmetr Yunanıstan-Bolqarıstan boru kəmərinə (IGB) gedəcək. Qeyd olunan boru terminalda ildə yenidən qaz vəziyyətinə gətirilən yanacağın 70%-i istehlak edəcək.

Xatırladaq ki, hazırda IGB kəməri vasitəsi ilə Azərbaycan qazı Bolqarıstana nəql olunur.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Günel Məlikzadə
Fins.az