SƏNAYE

26 Dekabr

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi AÇIQLANIB

Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 209 372 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1,86% çoxdur.

Bu barədə Fins.az Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 205 548 min barel neft nəql edilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Fuad Mədətov
Fins.az