Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Finss.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrini 147 min manat artırıb.
“Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış obyektlәrinin tikintisi” vә “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә 2, 3, 4 vә 5 otaqlı fәrdi yaşayış evlәrinin tikintisi” obyeki üzrә smeta vә müqavilәyә layihәdәki hәcmlәrdәn artıq hәcmin daxil edilmәsi işlәrin müqavilә dәyәrini ümumilikdә 996 min manat artırıb.
2022-ci ildә dövlәt sifarişli öhdәliklәrin icrası üçün maliyyәlәşdirilmiş vәsaitin istifadәsindә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlanılmış әhәmiyyәtli sayda satınalma müqavilәlәri üzrә ehtimal olunan qiymәtin müәyyәn edilmәmәsi dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı rәqabәt mühitinin dә pozulmasına sәbәb olub.
Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137,3 min manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib.
Palata müәyyәn olunmuş nöqsanlarla bağlı Xidmətə bir sıra təkliflər və tövsiyyələr verib.
* * *
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Finss.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Agentliyin Tovuz, Bәrdә, Lәnkәran vә Xaçmaz şәhәrlәrindә inzibati binalarının tikintisi başa çatsa da, onlar istismara qәbul edilmәyib.
Azərbaycana qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi üçün ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız birində - Qazax rayonundakı “Qırmızı Körpü”də nәzarәt-keçid mәntәqәsi tikilib. Bu isə qida tәhlükәsizliyi istiqamәtindә operativ tәdbirlәr görməyə imkan vermir.
Agentlik Dövlәt Proqramının tәlәbinә uyğun olaraq "Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı” hazırlasa da, onun tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaratmayıb.
“Qida vә yem mәhsullarına sağlamlıq sertifikatlarının verilmәsi Qaydası vә forması” tәsdiq edilsә dә, Agentlik elektron sertifikat verilmәsi üzrә müәyyәn edilmiş hәdәflәrә nail olmayıb.
Auditin sona çatdığı 1 may 2024-cü il tarixә “Qida subyektlәrinin vә obyektlәrinin qida tәhlükәsizliyi reytinqinin aparılması qaydası”nın layihәsi hazırlansa da, 1 yanvar 2024-cü ilә qeyd edilәn sahә üzrә qaydalar mövcud olmayıb ki, bu da qeyd edilәn istiqamәtdә müvafiq mexanizmin olmamasını vә bununla da qidaların tәhlükәsizlik sәviyyәsi üzrә tәsniflәşdirilә bilinmәmәsini şәrtlәndirib.
Palata müәyyәn olunmuş nöqsanlarla bağlı Agentliyə bir sıra tövsiyyələr verib.
* * *
Hesablama Palatası Azərbaycanda təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini üzə çıxarıb.
Finss.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak edib və “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
Qeyd olunub ki, audit Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, eləcə də “Təmiz Şəhər” ASC-nin və Bakı şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax və Şirvan şəhər icra hakimiyyətlərinin, eyni zamanda, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin strukturunda olan müvafiq tabeli qurumlarının aidiyyəti fəaliyyəti əhatə olunmaqla aparılıb.
Bildirilib ki, abonent bazasının tam yaradılmaması, xidmət haqları üzrə böyük potensialın reallaşdırılmaması, əhali istehlakçı qrupu üzrə rəsmiləşən dövriyyələrdə nağd əməliyyatlara üstünlük verilməsi, regional poliqonlarda bəzi hallarda sanitar-epidemioloji və ekoloji normaların gözlənilməməsi, sahə üzrə mütərəqqi üsulların genişləndirilməməsi, tarifləşmənin iqtisadi əsaslarının texnoloji tərəflərlə uzlaşmaması, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etməməsi, mövcud hədəflərə isə tam nail olunmaması, maliyyə hesabatlılığına və dövlət satınalmaları prosedurlarına dair şəffaflığı səciyyələndirən meyarlara tam əməl edilməməsi, statistik hesabatlılıqda uyğunsuzluqlara yol verilməsi, icazə verilməyən ünvanlarda yaranmış tullantı sahələrinin aradan qaldırılmasına nail olunmaması, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən aradan qaldırılmaması və s. təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini göstərib.
Sonra ekologiya və təbii sərvətlər nazirinin müavini auditin nəticələrinin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.
Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən bəzi məsələlərə dair bir sıra fikirlər irəli sürülüb, təkliflər səsləndirilib. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.