Finss.az - Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydalarını" təsdiq edib.
Yeni qaydalarla strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların idarə olunması, hesabatın təqdim olunma qaydaları və nəzarət mexanizmləri müəyyən edilib.
Deputat Vüqar Bayramov bildirib ki, bu qaydalar, taxıl və digər vacib ərzaq məhsulları üzrə ehtiyatların yaradılmasını nəzərdə tutur.
Ehtiyatlardan istifadə edərək, bazarda qiymət artımlarının qarşısı alınacaq və şəffaflıq artırılacaq.
Strateji ərzaq məhsullarına təxminən 12 adda ərzaq məhsulları (çörək, çay, qənd, yağ, düyü və s.) daxildir.