Finss.az - Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Rəqəmsal İnkişaf Konsepsiyası"nda yer alıb.
Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrup yaradılacaq.
Sənəddə qeyd olunur ki, dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, həmçinin informasiya təhlükəsizliyi mühitinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə, aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması və beynəlxalq təcrübə əsas götürülərək dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması nəzərdə tutulur.