Finss.az - Nazirlər Kabineti, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əmək haqqı üzrə Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiqləyib. Yanvarın 1-dən minimum əmək haqqının 400 manata çatdırılması ilə əlaqədar olaraq, VTC üzrə maaş artımları həyata keçirilib. Artım nəticəsində, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların aylıq maaşları artırılıb.
İqtisadçı deputat Vüqar Bayramovun açıqlamasına görə, yeni qərara əsasən, müxtəlif pillələr üzrə maaşlar artırılıb. Məsələn, 1-ci pillə üzrə maaş 345 manatdan 400 manata, 2-ci pillə üzrə isə 359 manatdan 416 manata yüksəlib. Artım orta hesabla 15% təşkil edir və aşağı pillələrdə daha yüksək artımlar həyata keçirilib. Bu artımla 400 mindən çox vətəndaşın əmək haqqı artırılıb.
Bayramov, həmçinin qeyd edib ki, bu artımlar yanvarın 1-dən etibarən tətbiq olunacaq və həmin vətəndaşlar artıq yanvar ayının maaşlarını artırılmış məbləğlə alacaqlar.