RƏSMİ

14 Yanvar

Bələdiyyələr birləşdirilir

Finss.az - Baş nazir Əli Əsədov, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması ilə bağlı qərar imzalayıb.

Ədliyyə Nazirliyinin rəhbərliyi altında, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları və birləşən bələdiyyələrin nümayəndələri komissiyanın üzvləri olacaq.

Komissiyanın yaradılması "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 2024-cü il tarixli qanuna əsaslanır. Hər bir iştirakçı tərəf, nümayəndələri barədə təkliflərini 5 gün ərzində Ədliyyə Nazirliyinə təqdim etməlidir.