RƏSMİ

13 Yanvar

Elektron köçürmələrə aid qaydalar dəyişdi

Finss.az - Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 22 fevral tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”na dəyişikliklər edilib.

Bu barədə AMB sədri Taleh Kazımov qərar imzalayıb.

Yeni dəyişikliklərlə ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə dair qaydalar şamil edilir.

Vasitəçi maliyyə institutu, elektron köçürmə zəncirində zəruri məlumatların tam olmadığı əməliyyatları müəyyən edərək, əməliyyatın fasiləsizliyini pozmadan tədbirlər görməlidir. Bu cür köçürmələr üçün risk əsaslı siyasət və prosedurlar müəyyən edilməlidir.

Əlavə məlumat üçün link: e-qanun.az