RƏSMİ

21 Avqust

Azərbaycanda gün ərzində 40 min qonağın qəbulu üçün infrastruktur hazırdır - COP29 Azərbaycan üzrə baş icraçı direktoru

Azərbaycanın mehmanxana və otelçilik sənayesi COP29-a hazırlıqlarını sürətləndirir.

Finss.az xəbər verir ki, energetika nazirinin müavini və COP29 Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov “Anadolu” agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, tədbir zamanı Azərbaycanda gün ərzində təxminən 40 min qonağın qəbulu üçün kifayət qədər infrastruktur mövcuddur.

Soltanov qeyd edib ki, ümumilikdə COP29 çərçivəsində 80 minə yaxın qonağın ölkəmizə gəlməsi gözlənilir. Müxtəlif günlərdə Azərbaycana fərqli sayda qonaqların daxil olacağını vurğulayan Soltanov, bu mötəbər tədbirin Azərbaycanın qonaqpərvərliyini və infrastruktur imkanlarını bir daha nümayiş etdirəcəyini bildirib.