RƏSMİ

21 Avqust

Ermənistan konfransa dəvət olunan ölkələr arasındadır - COP29 Azərbaycan üzrə baş icraçı direktoru

COP29 İqlim Dəyişiklikləri Konfransında iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına rəsmi dəvət göndərilib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini və COP29 Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov “Anadolu” agentliyinə verdiyi müsahibədə məlumat verib.

Soltanovun sözlərinə görə, indiyədək 50-dən çox ölkənin dövlət və hökumət başçıları tədbirdə iştirak edəcəklərini təsdiq ediblər. “Bu rəqəmin yaxın vaxtlarda daha da artacağını gözləyirik,” – deyə o əlavə edib.

Elnur Soltanov həmçinin bildirib ki, Ermənistan da konfransa dəvət olunan ölkələr arasındadır.

Fuad Mədətov
Finss.az