RƏSMİ

19 Avqust

4 milyarddan bir az çox yaxşı rəqəmdir - Putin

Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur.

Finss.az xəbər verir ki, bu sözləri Rusiya Lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib.

Rusiya dövlətinin başçısı qeyd edib:

“İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 127 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin məbləği 4 milyard 358 milyon 740 min dollar, o cümlədən Azərbaycanın Rusiyadan idxalı 3 milyard 162 milyon 329 min dollar, Rusiyaya ixracı isə 1 milyard 196 milyon 411 min dollar təşkil edib.