RƏSMİ

15 Avqust

Prezident İlham Əliyev Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının Siyahısını genişləndirib - FƏRMAN

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı genişlənib.

Finss.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.