RƏSMİ

08 Avqust

MSK sədri: Seçicilərlə görüş üçün 3259 açıq, 1853 qapalı məkan müəyyənləşdirilib

İndiki seçkilərdə ümumilikdə seçicilərlə görüş üçün 5113 ünvan müəyyənləşdirilib. 1853 qapalı məkandır 3259 açıq məkandır. Bu məkanlarda seçicilərlə görüş keçirilə bilər.

Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

“Hər dairə üçün 14-15 məkan ayrılıb. Bütün namizədlər eyni vaxtda seçicilərlə görüşmək istəsə, bunun üçün şərait yaradılıb”,- deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.