RƏSMİ

08 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.

Finss.az xəbər verir ki, paylaşımda deyilir:

"Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".