RƏSMİ

16 İyul

İbrahim Məmmədov “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev İ.M.Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.