RƏSMİ

31 May

Ötən il əhalinin gəlirləri 12,8 faiz artıb - Tahir Mirkişili

Təqdim edilmiş məlumatlara görə, 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq, 78,1 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb.

Fuad Mədətov
Fins.az