RƏSMİ

15 Fevral

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına yeni vəzifə verilib - FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"ndə dəyişiklik edib.

Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, Holdinqin Müşahidə Şurasına Prezidentin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək vəzifəsi verilib.