RƏSMİ

15 Fevral

Ötən il qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub

"2024-cü ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb. Dövlətimiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi. Buna baxmayaraq, biz prosesə hazır idik”.

Bu sözləri “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumundakı çıxışında iqtisadiyyat naziri səlahiyyətlərini icra edən Mikayıl Cabbarov deyib.

O əlavə edib ki, son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir: “2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub”.