“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” fərmanda dəyişikliklər edilib.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.
Sənədlə 6-cı hissədə “Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri “Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilib.
Həmin fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə qaydaları” üzrə 5.1.2-ci yarımbənddə “Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilib.
6.2-ci bənddə “Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilib.