“Azərbaycan Sənaye Bankı” kredit verilməsini bərpa edib. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, krediti yalnız dollarla götürmək mümkündür. Maraqlıdır ki, bankın xarici valyutada təklif etdiyi nağd pul kreditlərinin illik faiz dərəcələri ölkə üzrə ən aşağı həddədir: 1-12 aylıq müddətə illik 10%, 13-24 aylıq müddətə illik 12%. Söhbət effektiv faizdən getmir. Komisyon haqqı isə 1%-dir. Kredit 2850 dollara qədər 1 zaminlə, 14300 dollara qədər 2 zaminlə verilir. Amma əmək haqqının 3 mislindən çox olmamaq şərti ilə.