Azərbaycanda hansı banka əmanət qoymaq sərfəli və etibarlıdır? Bu sualı cavablandırmaq hazırki durumda göründüyündən kifayət qədər çətindir. Burada həm bankların sağlamlıq kriteriyalarının qiymətləndirilməsi, digər tərəfdən isə depozit şərtlərinin nəzərə alınması vacibdir. Mütəxəssislər bankların sağlamlılıq kriteriyalarını aşağıdakı parametrlər üzrə qiymətləndirib:
- Hesabatların şəffaflığı və vaxtında ictimaiyyətə açıqlanması
- Bankın vaxtı keçmiş kreditlərinin onun kredit portfelinə olan nisbəti
- Bankın həcmini qiymətləndirmək üçün Aktivlərin həcminin nəzərə alınması
- Bankın öhdəliklərinin həcmi - Bankın xalis mənəffəti - Bankın ümumi imici və reputasiyası
Qeyd edək ki, yuxarıda qeyd olunan parametrlər üzrə bank 1-5 (5 maksimumdur) şkalası ilə qiymətləndirilib.
Bildirmək istərdik ki, hesabatda daha zəif bank kimi qeyd olunmuş bank reallıqda daha güclü bank olma ehtimalı istisna edilmir. Bu o halda baş verə bilərki, bank hesabatları ictimaiyyətə açıqlamaqdan boyun qaçırır və ya hansısa vacib rəqəmləri gizlədir.
Reytinqdən istifadə qaydası:
Reytinqdə yüksək və eləcədə depozit faiz dərəcəsi yüksək olan bankı seçmək daha məqsədə uyğundur. Bu həmdə ona görə vacibdirki, reytinqi yüksək olan bankın depozit faizləridə qismən aşağıdır. Reytinq bankın sadəcə nə dərəcədə sağlam olmasını göstərir, siz isə həm etibarlılığı həmdə gəlirliliyi düşünməlisiniz.
Mənbə: Banker.az