Azərbaycanda istehlak kreitlərinin verilməsi zamanı yeniliklərin tətbiq olunması gözlənilir. Fins.az-ın məlumatına görə, bu barədə «AccessBank»In təşkilatçılığı kütləvi informasiya nümayəndələri üçün ilə keçirilən “Maliyyə biliklərinin artırılması” mövzusunda Dünya Bankının eksperti İvo Jenik bildirib.
Əsas Faktlar Sənədi
Onun sözlərinə görə, Azərbaycanda bankların məsuliyətli kreditləşməsinə nail olması üçün, yəni əhalinin kredit götürərkən daha yaxşı məlumatlandırılması məqsədilə banklar qarşısında yeni tələblər qoyulacaq. Belə ki, Mərkəhi Bank banklara tövsiyə edəcək ki, banklar müştəriyə kredit müqaviləsindən başqa, sadələşdirilmiş qaydada kredit barədə əsas məlumatları da versinlər «Əsas Faktlar Vərəqi» adlanan sənəddə kredt barədə əsas məlumatlar və əsas şərtlər yer alacaq.
İstehlak kreditləri standarta müqavilə ilə veriləcək
Ekspert bildirib ki, bankların bu yeniliyə necə əməl etməsi və onun nəticələri öyrəniləcək. Bunun üçün monitorinq keçiriləcək. Bu monitorinq əsasında məlum olsa ki, bu addım istehlakçıların hüquqlarını yetərincə qorumur, gələcəkdə standart müqavilələrin tətbiqinə keçiləcək: «Məlum olsa ki, müqavilələrin hansısa hissəsi ədalətsizdir və istehlakçıların hüquqları pozulur. Həmini hissələr standartlaşdırılacaq».