Qiymətli kağızlar bazarı yeni qanun investisiya şirkətləri qarşısında bir sıra tələblər, öhdəlikləri müəyyən edib və onların fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulmasını stimullaşdırılacaq. Fins.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən qiymətli kağızlar bazarı haqqında yeni qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının sədri Ceyhun İbrahimov deyib. Onun sözlərinə görə, məsələn, yeni qanunda bankların investisiya şirkətlərinə investisiya limiti verməs nəzərdə tutulub ki, bu da fond bazarında əqdlərin bağlanması prosesini sürətləndirəcək: “İndiyə qədər investor lazımi məbləği ödəmədən əqdi bağlamaq mümkün deyildi. Bundan sonra isə bankın ayırdığı investisiya limiti hesabına əldə edilən qiymətli kağızların pulu ödəniləcək, sonra isə investor həmin məbləği investisiya şirkətinə çatdıracaq. Yəni, puldan asılılıq azaldılır”.