Media Consulting Services şirkəti sentyabr ayında Azərbaycan banklarının media reytinqini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, sentyabrda ölkə mətbuatında bank sektoru üzrə 14 914 məlumat yayılıb. Bu dövrdə ən çox məlumat Azərbaycan Beynəlxalq Bankı barədə olub. Mediada ABB barədə 987 məlumat yer alıb. Populyarlığa görə sonrakı yerləri «Kapitalbank» (441 məlumat), «Unibank» (414 məlumat), «Expressbank» (398 məlumat) və «BankTechnique» (393 məlumat) tutur.