30 Oktyabr

4 nəfər qanunsuz kredit alıb

Bu ilin 1-ci yarısında Baş prokurorluğa 4 nəfərin qanunsuz yolla kredit almasına dair müraciət daxil olub. Fins.az-ın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov məlumat verib. Onun sözlərinə görə, bu işlərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai araşdırması həyata keçirilib.