“Nikoyl Bank”ın əsasən ipoteka kreditlərinin verilməsi üzrə ixtisaslaşmış 8 saylı filialı yerini dəyişib. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, filial hazırda Salatın Əsgərova küçəsi, 161 ünvanında fəaliyyət göstərir. Bundan əvvəl isə filialın yerləşdiyi ünvan Süleyman Rüstəm küçəsi, 60/44 (“Dostluq” kinoteatrının yaxınlığında) idi.