“Unibank”ın Bakıdakı filiallarından biri təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, söhbət paytaxtın Suraxanı rayonunda, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialdan gedir. Bankdan bildirirlər ki, təmir işləri nəticəsində filialın dizaynına dəyişiklik ediləcək. Hazırda həmin filialın müştərilərə müvəqqəti olaraq “Unibank”ın Həzi Aslanov filialında (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 144) xidmət göstərilir. Təmir işlərinin nə qədər davam edəcəyi dəqiq məlum deyil.