“Kapital Bank” ASC 5 oktyabr beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına start verib. Bankdan fins.az-a verilən məlumata görə, sentyabrın 28-dən oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15000 AZN-dək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər. Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir.