30 Oktyabr

“Yapı Kredi Bank Azərbaycan” işçi axtarır- VAKANSİYA

“Yapı Kredi Bank Azərbaycan” IT departamentinə işçiqəbulu elan edir. Bankdan fins.az-a verilən məlumata görə, informasiya texnologiyaları ixtisasları üzrə ali təhsilli, bu sahədə 5 il iş təcrübəsi və ingilis dilində texniki dil bilikləri olan namizədlər oktyabr ayının 22-nə kimi vakansiya ilə bağlı müraciət edə bilərlər.

Tələblər və Əsas iş funksiyaları:

• İT Mühəndisliyi, Sənaye Mühəndisliyi, Kompüter Mühəndisliyi, Elektrik Mühəndisliyi və digər İT ilə əlaqəli fakültə məzunları;

• İT ödəmə sistemləri, Kart və Kredit proqram təminatı;

• Ödəmə sistemləri,digital kanalların proqram təminatı (POS, ATM, İnternet Bankçılıq, Mobil Bankçılıq, Telefon Mərkəzi, IAS, DWH);

• C#, .Net, Java, Oracle PL/SQL;

• Bu sahədə 5 il iş təcrübəsi

• İngilis dilində texniki dil bilikləri

• Üçüncü tərəf proqram təminatı firmaların idarə edilməsi

Müraciət etmək istəyənlər CV- formalarını [email protected] ünvanına göndərə bilərlər.

Bakı şəhəri Nəsimi rayonu, 628-ci məhəllə, Cəlil Məmmədquluzadə küçəsi 73 G

Telefon: (+994 12) 497 77 95

www.yapikredi.com.az