«Unibank» öz prosessinq mərkəzini yaradıb. Bankdan fins.az-a verilən məlumata görə, hazırda «Unibank»ın kartlarının sayı 515 minə yaxındır. “Kart Prossesinq Mərkəzi”nin yaradılmasının səbəbi də kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaqdır. «Unibank kartına sahib olanlar, qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər»-deyə məlumatda bildirilir.
Unibank “Kart Prossesinq Mərkəzi”ni yaradılmasına 1 milyon USD sərmayə qoyub.
Bankın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, bank kartlarının Unibankın öz “Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək: “Prossesinq mərkəzimiz Unibank-ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək. Əminəm ki, bankımızın müştəriləri tezliklə bu yeniliklərin şahidi olacaq və üstün xidmətlərimizdən faydalanacaqlar”.