30 Oktyabr

Mərkəzi Bankın qara siyahısı böyüdü

Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin sentyabrın 21-də qəbul etdiyi qərarlara uyğun olaraq sentyabrın 23-də ümumi siyahını yeniləyib. Fins.az-ın Xidmətə istinadən yaydığı məlumata görə, siyahıya 4 nəfərin adı əlavə olunub. Bunlar Abd al-aziz Aday Zimin Al-fadhil, Abd Al-latif bin Abdallah Salih Muhammad Al-kawari, Hamad Awad Dahi sarhan Alshammari, Sa’d bin Sa’d Muhammad Shariyan Alka’bidir.

Qmumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.