1,5 milyarda yaxın istifadəçisi olan “Facebook” sosial şəbəkəsi biznes proseslərinin idarə olunmasında, müştəri təqəbəsinə çıxış əldə etməkdə mühüm rol oynayır. Məhz “Facebook”dan düzgün istifadə etməyi bacaran şirkətlər öz imkanlarını istifadəçilərinə daha rahat çatdıra bilirlər. Bu baxımdan maliyyə sektoru, o cümlədən banklar da istisna deyil. Fins.az Azərbaycan banklarının “Facebook”da nə dərəcədə aktiv olduğunu araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki, ölkədəki 43 bankdan 40-nın “Facebook”da səhifəsi var. Bunların 4-nün izləyicilərinin sayı 200 mini keçir. Gözlənildiyi kimi, bankların şəbəkədəki fəallığı onların istehlak kreditləri bazarındakı aktivliyinə uyğundur. Ölkə bankları arasında “Facebook”da ən populyar olan bank “Unibank”dır – onun “Facebook” səhifəsini 247 minə yaxın istifadəçi bəyənib. Populyarlığa görə, sonrakı yerləri “Bank of Baku” (218 992“Like”), “Kapital Bank” (212 290 “Like”) və “Atabank” (211 610 “Like”) tutur.
İki bankın izləyiciləri isə 115-120 min arasında dəyişir. Bunlar “Bank Respublika” və “Parabank”dır.
Ümumiyyətlə, şəbəkədəki aktivliyə görə bankın riteyl və ya korporativ müştərilərlə işləməsini də hiss etmək olar. Korporativ banklar adətən izləyicilərinin az olması ilə seçilir. Məsələn, “PAŞA Bank”, “Xalq Bank” və “AFB Bank” kimi möhkəm bankların cəmi bir neçə min izləyicisi var. “Naxçıvanbank”ın və “Bank Silk Vey”in izləyiciləri isə mindən də azdır. Ümumiyyətlə, 9 bankın “Facebook” izləyiciləri mindən azdır. 3 bankın isə ümumiyyətlə “Facebook”da səhifəsi yoxdur. Bunlar “Qafqaz İnkişaf Bankı”, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
№
|
Kommersiya bankının adı
|
“Facebook” səhifəsindəki “Like” sayı |
1 |
“Unibank” |
246 949 |
2 |
“Bank of Baku” |
218 922 |
3 |
“Kapital Bank” |
212 290 |
4 |
“Atabank” |
211 610 |
5 |
“Bank Respublika” |
119 408 |
6 |
“Parabank” |
115 214 |
7 |
“Accessbank” QSC |
69 987 |
8 |
“Azərbaycan Beynəlxalq Bankı” |
60 920 |
9 |
“Expressbank” |
59 194 |
10 |
“Yapı Kredi Bank (Azərbaycan)” |
58 095 |
11 |
“Dəmirbank” |
54 526 |
12 |
“Azər-Türk Bank” |
43 379 |
13 |
“Bank Technique” |
34 434 |
14 |
“Turanbank” |
31 983 |
15 |
“Bank Standard” |
31 448 |
16 |
“Nikoil Bank” |
21 102 |
17 |
“Zaminbank” |
17 163 |
18 |
“Azərbaycan Sənaye Bankı” |
17 121 |
19 |
“Bank BTB” |
16 335 |
20 |
“Rabitəbank” |
16 050 |
21 |
“Bank of Azerbaijan” |
15 036 |
22 |
“Bank VTB (Azərbaycan)” |
14 960 |
23 |
“NBC Bank” |
14 579 |
24 |
“Amrahbank” |
14 278 |
25 |
“Caspian Development Bank” |
10 082 |
26 |
“AGBank” |
5 351 |
27 |
“Muğanbank” |
4 700 |
28 |
“Atrabank” |
4 482 |
29 |
“PAŞA Bank” |
3 329 |
30 |
“Xalq Bank” |
2 629 |
31 |
“AFB Bank” |
1 780 |
32 |
“Naxçıbank” |
842 |
33 |
“Kredobank” |
629 |
34 |
“Bank Silk Vey” |
506 |
35 |
“Yunayted Kredit Bank” |
326 |
36 |
“Dekabank” |
286 |
37 |
“Günaybank” |
229 |
38 |
“Gəncəbank” |
150 |
39 |
“Bank Avrasiya” |
57 |
40 |
“Zıraat Bank (Azərbaycan)” |
51 |
41 |
“Qafqaz İnkişaf Bankı” |
- |
42 |
İran Milli Bankının Bakı filialı |
- |
43 |
Pakistan Milli Bankının Bakı filialı |
- |