30 Oktyabr

Azərbaycanda iqtisadi artım 3% olacaq – ASİYA BANKI

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2015-ci ildə ÜDM-in artımının 3,0%, 2016-cı ildə isə 2,8% olacağını proqnoz edir. Fins.az oxu.az-a istinadən xəbər verir ki, “Asiyanın 2015-ci ildə inkişaf perspektivləri” hesabatında qeyd edilib ki, neftin və qazın qiymətinin ucuzlaşmasına görə ixracatdan əldə eidlən gəlirin azalması Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda inkişafı ləngidir. “Regionda inflyasiya 2015-ci ildə 8,1% və 2016-cı ildə 7,5% səviyyəsində proqnozlaşdırılır”, – hesabatda qeyd edilir. Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2015-ci ildə 6%, 2016-cı ildə isə 5,5% olacaq. Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyinin proqnozlarına görə, 2016-cı ildə Azərbaycanda iqtisadi artım 1,8% olacaq.