Azərbaycanda devalvasiyadan sonra kreditləşməni dayandırmış daha bir bank yenidən kredit verməyə başlayıb. Fins.az-ın məlumatına görə, söhbət “AFB Bank”dan gedir. Amma kreditin ayrılma şərtləri əvvəlkindən bir qədər fərqlidir. Məsələn, vaxtilə bank manatla illik 15-17%-lə 3 ilə qədər kredit ayırırdısa, hazırda milli valyutada borc illik 24%-lə, maksimum 1 il müddətinə, 10 min manatdan çox olmamaq şərti ilə verilir.
Əvvəlki kredit şərtləri yalnız dollarla verilən kreditlər üçün qüvvədədir. Belə ki, bank 1000 dollara qədər kreditləri illik 15%-lə 1 illik müddətə, 1000-2000 dollar krediti illik 16%-lə 18 aylıq müddətə, 2000-5000 dollar kredit illik 16%-lə, 24 aylıq müddətə, 5000-10000 dollar krediti isə illik 17%-lə 36 aylıq müddətə ayırır.
Kreditə görə komisyon haqqı 1%-dir. 5000 manata və yaxud dollara qədər kreditlər üçün 1 zamin, 5000-10000 manat/dollar məbləğində kreditləri üçün isə 2 zamin tələb olunur.