Azərbaycan banklarının vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi açıqlanıb. Bu barədə Fins.az “Report”a istinadən xəbər verir.
Beləliklə, reytinq cədvəlinin 1-ci pilləsində “PAŞA Bank” qərarlaşıb. Bankın 139,1 milyon manat məbləğində problemli krediti var. “Bank of Baku” 83 milyon manatlıq göstərici ilə 2-ci yeri, “Bank VTB (Azərbaycan)” isə 52,4 milyon manatlıq göstərici ilə 3-cü yerdə qərarlaşıb.
Vaxtı keçmiş kreditlər “Bank Respublika”da 33 milyon manat, “Kredobank”da 29,2 milyon manat, “Accessbank”da 21,7 milyon manat, “Muğanbank”da 19,8 milyon manat, “Zaminbank”da 13 milyon manat, “Rabitəbank”da 11,3 milyon manat, “Expressbank”da 11,2 milyon manatdır.
Maraqlıdır ki, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) renkinqdə yer almayıb. Halbuki bu bankdan götürülmüş və geri qaytarılmayan kreditlərin məbləğinin milyard manatlarla ölçüldüyü deyilir. Bankın problemli kreditlərinə görə xeyli sayda həbs olunan şəxs var. Elə bu gün ABB-dən aldığı krediti vaxtında geri ödəməmiş bir qrup şəxs həbs edilib.