Amerikanın Mərkəzi Bankı – Federal Rezerv Sistemi dünənki iclasında faiz dərəcələrini dəyişməyib. Bankın qərarı ilə faiz dərəcələri 0–0,25% həddində saxlanılıb. Bu qərar dünyanın maliyə birjalarında valyutaların məzənnəsini dəyişib. Dollar digər əsas valyutalar qarşısında ucuhlaşmağa başlayıb. Avro isə əksinə məzənnəsini artırıb. Yeri gəlmişkən bu dəyişiklik özünü Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı valyuta məzənnələrində də göstərib.
Dolların ucuzlaşması neftin qiymətini də qaldırıb – Brent nefti 49 dollaradək bahalaşıb. Ekspertlər artıq bu gün neftin 50 dollarlıq həddi keçəcəyini bildirirlər.