30 Oktyabr

“Bank Respublika” da zərərini açıqladı

Bank Respublika” ASC 2015-ci ilin birinci yarısını 1 milyon 821 min manat zərər ilə başa vurub.

Fins/az-ın “Marja”-a istinadən məlumatına görə, Bankın zərəri 2015-ci ilin 1-ci rübündə 1 milyon 228 min manat, 2-ci rübündə isə 593 min manat olub.

Xatırladaq ki, Bank 2014-cü ilin birinci yarısında 7 milyon 896 min manat xalis mənfəət əldə etmişdi.

GƏLİRLƏRİ ARTIB

2015-ci ilin Yanvar-İyun aylarında Bankın cəmi gəlirləri 41 milyon 851 min manat, o cümlədən faiz gəlirləri 31 milyon 122 min manat, qeyri-faiz gəlirləri isə 10 milyon 729 min manat təşkil edib. Yarım ildə Bankın xalis əməliyyat mənfəəti 14 milyon 710 min manat olub. Əməliyyat mənfəəti kreditlər üzrə zərərlərin ödənilməsi üçün ehtiyatın yaradılmasına ayrıldığından bank zərər edib. Əməliyyat mənfəətinin ehtiyatlara ayrılması Bankda ödəmə vaxtı keçmiş kreditlərin məbləğinin kəskin artması ilə bağlıdır.

Ötən ilin anoloji dövrü ilə müqayisədə Bank Respublikanın cəmi gəlirləri 30,4% artıb.

AKTİVLƏRİ KƏSKİN ARTIB

30 İyun 2015-ci il tarixinə Bank Respublikanın aktivləri 695 milyon 714 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 185 milyon 947 min manat və ya 36,5% çoxdur. Bu ilin birinci rübündə Bankın aktivləri 165 milyon 846 min manat, ikinci rübündə isə 20 milyon 101 min manat artıb. Bankın aktivlərinin kəskin artmasının səbəbi müxbir hesablardakı vəsaitin 85 milyon 628 min manatdan 263 milyon 421 min manata çıxmasıdır.

Bu ilin Yanvar – İyun aylarında Bank Respublikanın kredit portfeli cəmi 2,8% artaraq 312 milyon 323 min manata çatıb. 31 mart 2015-ci il tarixində Bankın kredit portfeli 334 milyon 940 min manata qalxmış, növbəti aylarda isə azalmışdır.

30 İyun 2015-ci il tarixində Bank Respublikanın kredit portfelinin 10.03%-nin və ya 33 milyon manatının ödəmə vaxtı keçmişdir. Bu nisbət 31 dekabr 2014-cü il tarixində 1.63% və ya 5 milyon 88 min manat idi.

30 İyun 2015-ci il tarixinə Bankın depozit portfeli 456 milyon 94 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 5,4% çoxdur.

Birinci yarımilin sonunda Bankın cəmi öhdəlikləri 631 milyon 566 min manat, balans kapitalı isə 64 milyon 148 min manat təşkil edib.