Avqust ayı ərzində “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49 886 dəfə istifadə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Fins.az-a verilən məlumata görə, “Elektron hökumət” portalında cəmi bir ildir yaradılan “Elektron arayışlar” xidməti vasitəsi ilə artıq vətəndaşlar 9 növ arayışı dövlət qurumuna getmədən portaldan asanlıqla əldə edə bilirlər.
Hazırda 20-yə yaxın bank və bir neçə kredit təşkilatı bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər.
Vətəndaşlar portal üzərindən e-arayışları formalaşdıraraq banklara və kredit təşkilatlarına təqdim edərək vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar.