Azərbaycanda fiziki şəxslərə verilən istehlak kreditlərinin orta məbləği azalır.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu ilin iyul ayının yekunlarına görə, adambaşına verilən istehlak kreditlərinin orta məbləği 3 187 manat təşkil edib. Bu, bir ay əvvələ nisbətən 67 manat, 2015-ci ilin əvvəli ilə müqayisədə isə 196 manat azdır.
Ümumiyyətlə, araşdırma göstərir ki, istehlak kreditlərinin adambaşına düşən orta məbləği 2012-ci ildən artmağa başlayıb və bu ilin fevralında ən yüksək həddə (3 605 manat) çatıb. Bundan sonra isə həmin göstərici azalmaqdadır. Kreditlərin orta məbləğinin azalmasının səbəbi, həm müştərilərin kredit götürməyə ehtiyatla yanaşması, eləcə də bankların müştərilərə tələbləri sərtləşdirməsi ilə bağlıdır.
İllər |
Orta məbləğ |
2011, dekabr |
2 862 manat |
2012, dekabr |
2 847 manat |
2013, iyun |
3 028 manat |
2013, dekabr |
3 226 manat |
2014, mart |
3 205 manat |
2014, iyun |
3 232 manat |
2014, sentyabr |
3 292 manat |
2014, dekabr |
3 383 manat |
2015, yanvar |
3 343 manat |
2015, fevral |
3 605 manat |
2015, mart |
3 520 manat |
2015, aprel |
3 442 manat |
2015, may |
3 349 manat |
2015, iyun |
3 254 manat |
2015, iyul |
3 187 manat |