30 Oktyabr

Əhali lazımsız kreditlərdən imtina edir – İSTEHLAK KREDİTLƏRİ KİÇİLİR

Azərbaycanda fiziki şəxslərə verilən istehlak kreditlərinin orta məbləği azalır.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu ilin iyul ayının yekunlarına görə, adambaşına verilən istehlak kreditlərinin orta məbləği 3 187 manat təşkil edib. Bu, bir ay əvvələ nisbətən 67 manat, 2015-ci ilin əvvəli ilə müqayisədə isə 196 manat azdır.

Ümumiyyətlə, araşdırma göstərir ki, istehlak kreditlərinin adambaşına düşən orta məbləği 2012-ci ildən artmağa başlayıb və bu ilin fevralında ən yüksək həddə (3 605 manat) çatıb. Bundan sonra isə həmin göstərici azalmaqdadır. Kreditlərin orta məbləğinin azalmasının səbəbi, həm müştərilərin kredit götürməyə ehtiyatla yanaşması, eləcə də bankların müştərilərə tələbləri sərtləşdirməsi ilə bağlıdır.

İllər

Orta məbləğ

2011, dekabr

2 862 manat

2012, dekabr

2 847 manat

2013, iyun

3 028 manat

2013, dekabr

3 226 manat

2014, mart

3 205 manat

2014, iyun

3 232 manat

2014, sentyabr

3 292 manat

2014, dekabr

3 383 manat

2015, yanvar

3 343 manat

2015, fevral

3 605 manat

2015, mart

3 520 manat

2015, aprel

3 442 manat

2015, may

3 349 manat

2015, iyun

3 254 manat

2015, iyul

3 187 manat