30 Oktyabr

“Azərbaycanda təkrar devalvasiya olmayacaq” – “FITCH”

“Fitch” – beynəlxalq reytinq agentliyi Azərbaycanın milli valyutası ilə bağlı növbəti devalvasiyanın olacağını gözləmir. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitriy Vasilyev bildirib. Bununla belə, onun sözlərinə görə, neftin qiymətinin aşağı olmasının yaratdığı təzyiqlərlə bağlı müəyyən risklər qalmaqdadır. Ekspert onu da əlavə edib ki, Azərbaycandan fərqli olaraq digər MDB ölkələrində devalvasiya daha dərin olub. Buna görə də, agentlik ölkəmizlə bağlı baza ssenarisini nəzərdən keçirmir: “Təkrar devalvasiya ehtimalını qiymətləndirmək çətindir, amma onu deyə bilərəm ki, bu gün həmin ehtimal 50%-dən azdır”.