Xəbər verildiyi kimi, mayın 4-dən etibarən Azərbaycanda gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək. Dövlət Gömrük Komitəsindən (DGK) fins.az-a verilən məlumata görə, yeni sistemin tətbiqində məqsəd gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasıdır.
Eləcə də bax: Elektron gömrük bəyannaməsi necə tərtib olunur? – İNZİBATİ REQLAMENT
Əslində Azərbaycanda elektron gömrük bəyannamələrindən istifadə 1 ay əvvəldən - aprelin 4-dən etibarən başlanıb. Amma həmin vaxt bu sistem pilot rejimində çalışıb. Mayın 4-dən, yəni bu gündən etibarən isə bütün bəyannamələr yalnız elektron formada tətbiq ediləcək. Fins.az bu yeniliyin gətirəcəyi əsas dəyişikliklər və sistemin necə işləyəcəyini araşdırıb.
Kağız bəyannamələr - əmur-vətəndaş təması və neqativ hallar
Ümumiyyətlə, qeyd edək ki, gömrük bəyannaməsi gömrük rəsmiləşdirilməsidə ən mühüm sənəddir. Bütün gömrük əməliyyatları – idxal və ixrac da daxil olmaqla – yalnız bəyannəmə ilə rəsmiləşdirilir. Bu - malların rəsmiləşdirilməsi üçün əsas sənəddir. Yəni istənilən sahibkar idxal-icrac əməliyyatı aparırsa, malarını gömrük bəyannaməsi ilə bəyan etməlidir.
İndiyədək Azərbaycanda kağız formalı gömrük bəyannaməsi tətbiq edilib. Yəni sahibkar mütləq gömrük orqanına getməli, növbə tutmalı, vaxt sərf edib gözləməli, bəyanamə formasını almalı və doldurub təqdim etməli idi. Bu sistemin yaratdığı narahatlıqları və çatışmazlıqlarını vurğulamaq artıqdır. İstənilən halda burada vaxt itkisi və məmur-vətəndaş təması var idi ki, bu da sonra neqativ hallara səbəb olurdu.
Sahibkarların gözlədiyi fərman
Elektron gömrük bəyannamələrinə keçid prezident İlham Əliyevin martın 4-də imzaladığı «Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamda nəzərdə tutulub. Fərmanın 2.1-ci bəndində Gömrük Komitəsinə tapşırılır ki, «məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etsin.
Evdə yazılan gömrük bəyannaməsi
Bu fərmana uyğun olaraq artıq aprelin 4-dən Azərbaycanda ilk dəfə olaraq elektron bəyanetmə sistemi tətbiq olunub. Amma bu sistem pilot rejimində fəaliyyətə başladı. Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin rəisinin 1-ci müavini Anar Süleymanov fins.az-a bildirib ki, pilot rejimi o deməkdir ki, elektron bəyannamələr yalnız gömrük təmsilçilərinin - gömrük brokerlərinin iştirakı ilə doldurulmalı idi: “Yəni məsələn, sahibkar evdə və ya ofisdə oturaraq bəyannamə təqdim edə bilməzdi. O yalnız getməli idi broker təşkilatına və orada brokerlər sahibkarın adından bəyannaməni dolduraraq göndərməli idilər». Gömrük rəsmisi deyir ki, sahibkarların əksəriyyəti elektron bəyannaməni müstəqil şəkildə doldura bilməyəcəklərinə görə, əvvəlcə bu variant tətbiq edilib.
Eləcə də bax: Sərhəddən pulsuz nə keçirmək olar? – GÖMRÜKDƏN AÇIQLAMA
Mayın 4-dən etibarən isə elektron bəyannamə sisteminin ölkə üzrə tam miqyasda tətğiqinə başlanıb. İndi sahibkarlar heç bir məhdudiyyət olmadan və gömrük brokerinə ehtiyac olmadan elektron gömrük bəyannaməsini özləri doldurub mallarını bə yan edə bilərlər. «Yəni sahibkarın bəyannaməni doldurmaq üçün bilik və bacarığı varsa, o evindən və ya ofisindən elektron bəyannamə tərtib edəb göndərə bilər»-deyə A.Süleymanov bildirir.
Elektron bəyannaməni necə görmək olar?
Ölkədəki bütün elektron xidmətlər kimi, elektron gömrük bəyannaməsinin qəbulu elektron xidməti də Elektron Hökumət portalında yerləşdirilib. Sahibkarlar ya bu portala (http://www.e-gov.az), ya da Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsində «e-Gömrük xidmətləri» bölməsinə (http://dgk.gov.az/az/e-xidnew.html) daxil olaraq elektron bəyannamə xidmətindən istifadə edə bilərlər. Amma bir şərtlə – bu xidmətdən istifadə etmək üçün sahibkarın ya «Elektron imza»ya (Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verir), ya da «Asan İmza»ya (Vergilər Nazirliyindən almaq olar) malik olmalıdırlar.
Elektron bəyannamə necə doldurulacaq?
Bu məqsədlə DGK-nın Kollegiyası “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. Reqramentdə yazılıb ki, elektron bəyannamə doldurularkən, onunla yanaşı, müşayiətedici sənədlər də təqdim edilməlidir. Müşayiətedici sənəd deyəndə gömrüyə təqdim olunan əlavə sənədlər nəzərdə tutulur – bura gətirilən maldan asılı olaraq mənşə, uyğunluq, bəytarlıq və gigiyena sertifikatları, avtomobil gətirdikdə nəqliyyat sənədləri, invoys sənədi, malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənəd və sair aiddir. Kağız bəyannamə dövründə sahibkar bu sənədəri gömrüyə kağız sənəd formasında təqdim edirdi. Elektron bəyannamə variantında isə həmin sənədlər skan ediləcək, və onların skan edilən elektron formaları bəyannamə ilə birlikdə gömrük orqanına göndəriləcək.
Bəyannaməni göndərəndən sonra nə baş verir?
İnzibati reqlamentə əsasən, bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan etibarən sistemdə qeydiyyata alınmış sayılır və sistem tərəfndən ona bu barədə bildiriş göndərilir. Amma bu hələ bəyannamənin qəbul edilməsi sayılmır. Belə ki, bəyannamə göndərildikdən sonra, gömrük orqanının vəzifəli şəxsi göndərilən sənədlərin lazımi tələblərə uybunluğunu yoxlayır. Tələblərə uyun olmadıqda həmin bəyannamə görük orqanları tərəfindən təsdiq edilmir. Belə halda səbəbləri göstərilməklə istifadəçiyə imtina məktubu göndərilir. Göndərilən sənədlər tələblərə cavab verdikdə isə bəyannamə gömrük orqanları tərəfindən təsdiqlənərək qəbul edilir.
Eləcə də bax: Gömrük sistemində islahatlar başladı - SƏRƏNCAM
Bu halda istifadəçiyə ödəyəcəyi məbləğ barədə bildiriş də göndərilir. İstifadəçi bu məbləğin ödənilməsi barədə sənədi sistemə daxil etdikdən sonra bəyannamə təsiqlənir və digər əməliyyatların həyata keirilməsi haqqında qərar qəbul edilir və bu barədə də istifadçiyə bildiriş göndərilir.
Elektron bəyannaməni doldurmaq asan deyil
Komitə rəsmisinin sözlərinə görə, elektron bəyannamələrin doldurulması ilk vaxtlarda sahibkarlara çətin görünə bilər. Məsələ ondadır ki, bəyannamə 54 qrafadan ibarətdir. Burada gətirilən mala bağlı bütün məlumatlar - göndərən ölkə, alan ölkə, malın növü, təyinatı, qiyməti və s. - göstərilməlidir. A.Süleymanov bildirir ki, indiyədək sahibkarlar bəyannamə dolduğmağın detallarını bilmirdilər: «İndiyədək sahibkarlar bu hissəni görmürdülər, onlar idarəyə gedib, məsələn, ölkəyə gətirdikləri avtomobilin sənədlərini təqdim edirdilər, bəyannaməni də gömrükçülər doldururdular. İndi isə bu sənədi sahibkarların özləri dodurmalı olacaqlar. Ola bilər ki, sahibkarlar üçün çətin olsun, amma bunu asanlaşdırmaq üçün DGK-nin kollegiyası «Gömrük bəyaanmələrinin doldrulması qaydalarının metodikalarının və metodiki tövsiyyələrinin təsdiqi haqqında» sənəd təsiqləyib.
Avtomobillər necə rəsmiləşəcək?
Gömrükdə elektron bəyannamənin tətbiqi bütün əməliyyatlara şamil edilsə də, avtomobil biznesi ilə məşğul olanlar və ümumiyyətlə, ölkəyə avtomobil gətirənlər üçün bu xüsusilə aktualdır. A.Süleymanovun sözlərinə görə, qaydalarda göstərildiyi kimi, ölkəyə avtomobil gətirənlər də, bəyannaməni elektron qaydada tərtib etməli olacaqlar. Bu halda onlar bəyannaməyə, avtomobilin sənədlərini və gömrük dəyəri barədə sənədlər də əlavə edəcəklər.
Avtomobillərdən gömrük rüsumu necə hesablanacaq?
Qeyd edək ki, elektron bəyannamənin tətbiqi ilə bağlı ən böyük maraq doğuran məsələ, avtomobillər üçün gömrük ödənişlərinin necə hesablanmasıdır. Məsələ bundadır ki, indiyədək, yəni kağız bəyannamələr olduqda, sahibkarlar gətirdikləri mallar, o cümlədən avtomobillər barədə sənədləri gömrük orqanına kağız şəklində təqdim edirdilər. Və bu zaman gömrük əməkdaşı onlara ödəməli olduqları rüsumları açıqlayırdı. İndi isə bü sənədlər gömrük orqanına onlayn formada - skan edilməklə göndəriləcək. Yəni sahibkar indii avtomobili hansı qiymətə aldığını bəyannaməyə daxil edəcək və buna uyğun olaraq invoys sənədininin skan versiyasını bəyannaməyə əlavə edəcək.
Ödənişlər də onlayn olacaq - AFB bankla
Gömrük orqanı bu sənədlərdə göstərilən rəqəmlər əsasında maşına görə, gömrük ödənişlərini hesablayıb bu barədə sahibkara onlayn məlumat verəcək. İnzibati reqlamentə görə, sahibkarlar bu vəsaiti AFB Bank vasitəsilə onlayn qaydada ödəyə bilərlər.
Qiyməti «azaltmaq» mümkün olacaqmı?
Qeyd edək ki, gömrük orqanları sahibkarın təqdim etdiyi sənədlərin yalnız skan edilmiş versiyasını görə biləcəklər. Belə ki, bəyannamə ilə, məsələn, avtomobilin gömrük dəyəri barədə sənədin özü yox, yalnız skan versiyası göndərilir. Belə vaxtda gömrük ödənişlərini azaltmaq üçün bəzi şəxslər həmin qiymətləri nisbətən aşağı göstərməyə cəhd edə bilərlər. Gömrük Komitəsində buna hazırdılar: «Əslində, dünyanın hər yerində sahibkarlar ödənişi azaltmaq üçün malın qiymətini aşağı göstərmək istəyirlər, yəni bu təbiidir. Amma bizdə buna qarşı mübarizə üçün mexanizmlər var»-deyə Komitənin rəsmisi bildirib. Belə ki, komitə avtomobillərin təqdim edilən qiymətini həm maşının gətirildiyi ölkədəki, həm də Azərbaycandakı bazar qiymətləri ilə müqayisə edir. Bundan başqa, DGK rəsmisinin sözlərinə görə, komitə son illər ərzində qonşu dövlətlərlə gömrük məlumatlarının qarşılıqlı mübadiləsi layihələri həyata keçirir: «Yəni mallar ölkəyə gətirilməmişdən əvvəl biz qarşı tərəfdən elektron məlumatı alırıq». Qiymətləri dəqiqləşdirmək üçün digər layihə risklərin idarə olunması sisteminin tətbiqidir: «Bunların vasitəsilə qiyməti aşağı göstərməklə bəyan etmə hallarını aşkar edib qarşısını alırıq. Ciddi şübhələo olanda addım atırıq». Başqa sözlə, avtomobişin qiymətinin azlığı şübhə doğuranda araşdırma başlanır. Amma komitə rəsmisi açıqlamayıb ki, avtomobilin qiyməti bazar qiymətindən nə qədər fərqlənəndə araşdırma başlayıb: «Bu artıq bizim sirrimizdir».
Məlumatların doğruluğuna görə məsuliyyət
Ümumiyyətlə, DGK sahibkarları bu yenilikdən sui-istifadə etməməyə çağırıb. Komitə bəyan edib ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmamasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır: «Elektron bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilməlidir. Sənədi gömrük orqanları qəbul etdikdıən sonra o, hüquqi əhəmiyyətə malik olurr və həmin bəyannamədə hər hansı bir məlumatın dəyişdirilməsinə yol verilmir. Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv i gömrük orqanları ciddi tədqiq edəcək, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək».