30 Oktyabr

Yeni tikililər ucuzlaşır - ARAŞDIRMA

Sentyabrda Bakıdakı yeni tikililərin qiymətləri azalıb. Fins.az-ın «MBA Group» konsaltinq şirkətinə istinadən məlumatına görə, ötən ay “pod moyak” yaşayış mənzillərinin qiyməti 3% ucuzlaşıb.

Sentyabr ayı üzrə müşahidələr göstərir ki, ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1037 $/кv.m-dən -3.09% azalaraq 1005 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1087 AZN/кv.m-dən azalaraq 1053 AZN/кv.m bəndində qərarlaşmışdır.

Bakı şəhəri üzrə “pod moyak” yeni tikili mənzillərin təklif qiyməti, $/kv.m

May ayında qiymət indеksində 0.18 bənd azalma müşahidə еdilib.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 65%-i. Qiyməti 1000-1500 $/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 $/kv.m və 1140 $/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7.0%-ni isə qiyməti 1500 $/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2080 $/kv.m-dir.

Qiymət diapazonu

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Abşeron, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 76.0%-ə bərabərdir.

Rayonlar üzrə təklif portfelinin strukturu aşağıdakı kimi olub:

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınmışdır. Nəsimi rayonunda, Qaqarin (Cavanşir) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 3200 USD təşkil etmişdir. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınmışdır. Ümumi sahəsi 104 kv.m olan 2 otaqlı yeni tikili mənzildə qeydə alınıb, 400 USD/kv.m.

Zonalar üzrə, $/kv.m

Otaqlar üzrə qiymət strukturu:

Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi -9.0% azalaraq 108.46 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 60.0, iki otaqlı 87.2, üç otaqlı 124.0, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 180.3 və 254.7 kv.m qeydə alınmışdır.

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 1.7% artmışdır. Təklif üzrə ən çoх paya 2 və 3 otaqlılarda qеydə alınıb, müvafiq olaraq 34% və 33%. Ümumi təklif portfelinin 19%-ni 1 otaqlılar, qalan 14%-ni isə çox otaqlılar təşkil edib.

Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

Ay ə1rzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalmış, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artmışdır.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1005 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 59.0%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2.4, orta sahə göstəricisi 08 kv.m, hər otağın orta satış qiyməti 51 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 122 300 ABŞ dolları təşkil еdib.