Aqrar sənaye kompleksi (Aqropark) kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və istehlakçıya çatdırılması ilə məşğul olan təsərrüfat sahələrinin məcmusudur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə apardığı “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübənin təşviq edilməsi (yayılması), innovativ texnologiyaların tətbiqi sahəsində fermerlərin maarifləndirilməsi və bilgilərinin artırılması” layihəsinə aid tədqiqatda deyilir ki, aqropark kənd təsərrüfatı və qeyri kənd təsərüfatı fəaliyyətlərin kombinasiyası olmaqla vahid istehsal məkanında kənd təsərrüfatı məhsullarının istehsalı, emal proseslərinin, aqrotexniki vəlogistika, sanitar vəfitosanitar, marketinq və başqa bu kimi xidmətlərin təşkilidir. Tədqiqatda o da bildirilir ki, aqropark xammal istehsalı və emalı proseslərinin rentabelliliyini artırmaqla yanaşı ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsinin təmin olunmasında ən müasir formadır.
Tədqiqatın müəllifi Rəşad Həsənovun sözlərinə görə, aqropark kənd təsərrüfatı və qeyri kənd təsərrüfatı fəaliyyətlərin kombinasiyası olmaqla vahid istehsal məkanında kənd təsərrüfatı məhsullarının istehsalı, emal proseslərinin, aqrotexniki vəlogistika, sanitar vəfitosanitar, marketinq və başqa bu kimi xidmətlərin təşkilidir: “Aqropark xammal istehsalı və emalı proseslərinin rentabelliliyini artırırmaqla yanaşı ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsinin təmin olunmasındaən müasir formadır”.
Aqroparkaların xarakteristikası
Aqroparklar özlərində aşağıdakıları xüsusiyyətləri əks birləşdirir:
- Aqroparklar vahid məkan hüdudları daxilində fəaliyyət göstərir;
- Aqroparkda istehsal–emal–logistika–marketinq halqaları bir-birini tamamlayır;
- Aqroparkar dövlətin maliyyə dəstəyi ilə yaradılır;
- Iştirakçıların rentabelli fəaliyyət imkanı yüksəkdir;
- Aqroparlarda istehsalçıdan-istehlakcıya prinsipi daha geniş tətbiq edilir;
- Daxil olan qurumlar özünüidarəetmə vəözünəcavabdehik prinsipi ilə fəaliyyət göstərir;
- Ərazi daxilində fəaliyyət göstərən sahibkar və yaxud fermerlər müəyyən güzəştlər əldə edir;
- İnovasiya və elmi yanaşmanın tətbiqi mühüm faktor hesab edilir.
Digər üstünlüklərə gəlincə, Rəşad Həsənov bildirir ki, ortaq problemlər və ümumi maraqlar ətrafında birləşən aqropark iştirakçılarının rəqabət qabiliyyəti güclənir: “Müasir texnika və informasiya–kommunikasiya texnologiyalarının tətbiqinə şərait yaranır. Texnikaların istifadə əmsalı artır, ortaq xərclər minimuma endirilir”.
Ekspert digər üstünlükləri sadalayır:
- nəqliyyat xərcləri və enerji sərfi azalır;
- kənd ərazilərinin inkişafına şərait yaranır;
- Mənfəət norması yüksəlir;
- ətraf mühitin mühavizəsi güclənir;
- Təbii resurslardan (su, torpaq) səmərəliistifadə təmin edilir;
- peşəkar kadrlara tələbat yaratmaqla kənd təəsrrüfatı vəərzaq sənayesi üzrə kadr hazırlığı stimullaşdırılır;
- heyvanların bəslənmə prosesinin mexanikləşdirilməsi intensiv heyvandarlıq təcrübəsini genişləndirir;
- ehtimal olunan xəstəlik və virusların yayılma areası məhdudlaşır.
Azərbaycanda aqroparklar
Azərbaycanda əsası qoyulan aqroparklardan Şəmkir, Xaçmazda, Sumqayıtda Sağlam Qida Aqrar Sənaye kompleksi, Bərdədə Qarabağ aqroparkı, Qəbələni misal göstərmək olar. Nzirlər Kabinetinin 9 ayın yekunlarına həs olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır. “Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır” - deyə nazir bildirib.
Rəşad Həsənov bildirir ki, Azərbaycanda yeni aqroparkların yaradılması üçün potensial ərazilər aşağıdakılardır:
- Abşeron,
- Gəncə-Qazax,
- Şəki-Zaqalata,
- Lənkəran,
- Quba-Xaçmaz,
- Aran,
- Yuxarı Qarabağ.
Ekspert aqoparkların ölkə üçün əhəmiyyətini sadalayır: “Kənd təsərüfatının extensiv inkişafdan intensiv inkişafa keçidi təmin ediləcək. Rəqabət qabilliyyətli brendlər yaranacaq. Sektorda mənfəət norması yüksələcək. Daxili miqrasiyanın miqyası azalacaq”.
Bəkir Nərimanoğlu