Son vaxtlar paytaxtda taksi xidmətinə tələbatın artması bu sahədə çoxsaylı şirkətlərin yaranmasına səbəb olub. Bazarda ənənəvi taksilərin (müstəqil taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) payı hələ çox olsa da, artıq ayrı-ayrı şirkətlərin əhatə dairəsi sürətlə böyüməkdədir. Hazırda Bakı şəhərində bir neçə iri taksi xidməti fəaliyyət göstərir. Fəaliyyət ərazisi eyni olsa da, xidmət səviyyəsi, xidmət çeşidi və digər amillərdən asılı olaraq xidmət haqlarında fərqlər var. Fins.az paytaxtda işləyən bir neçə populyar taksi xidmətinin xidmət tariflərini təqdim edir:
Oturmusansa 3 manat ödəyəcəksən
Taksi şirkətlərinin əksəriyyətində minimum məbləğ 3 manatdır. Taksi sifariş edilibsə və müştəri ona əyləşibsə, bu məbləğ ödənilməlidir. Bu ödənişlə müştəri təqribən 3 kilometr gedə bilər. Bundan sonra tarif əsasında gediş haqqının hesablanmasına başlanır.
Gediş haqqı
Bakı taksilərində gediş haqqı 1 kilometrə görə, 70 qəpikdən başlayıb, məsafə uzandıqca 20 qəpiyədək azalır. İlkin məsafə üçün ən bahalı gediş haqqı Baku (London) taksi şirkətindədir – 70 qəpik. Amma yol uzandıqca ən aşağı gediş haqqı da bu şirkətdədir – 20 qəpik. Əksər taksi şirkətlərində gediş haqqı 1 km üçün 35-50 qəpik arasındadır. Fins.az müqayisə məqsədilə taksidə 20 kilometrlik məsafə üçün gediş haqqını hesablayıb. Ən aşağı qiymət 9,7 manat, ən yüksək qiymət 15 manat olub.
Pik saatları
Taksi şirkətləri tarifləri müəyyən edəndə meqapolisdəki avtomobil tıxacları və yollarda itirilən vaxtı da nəzərə alırlar. Bir qayda olaraq pik saatları saat 17-dən başlayıb saat 20-dək davam edir. Bəzi şirkətlərdə pik saatına giriş 16-30, bəzilərində isə 17-30-dur. Amma bitmə müddəti dəyişmir. Bəzi şirkətlərdə isə pik saatı anlayışı yoxdur. Yəni bu saatlarda tariflər dəyişmir.
Pik tarifləri
Pik saatlarında taksidə gediş haqqı hər kilometrə təqribən 5 qəpik bahalaşır. Amma uzaq məsafələrdə elə də çox fərq eləmir. Pik saatlarında şəhərdə 20 kilometrə gediş haqları 11,2-15 manat arasında dəyişir.
Gözlətmə müddəti
Vaxt puldur və bu özünü Bakının taksi servislərinin xidmətində də göstərir. Bakıda taksini gözlətməyin hər dəqiqəsi təqribən 5 qəpikdir. Bəzi şirkətlər pul hesablanmayan «güzəşt müddəti» (10-30 dəqiqə) tətbiq edirlər. Amma bu müddətdən sonra vaxt sayğacı işə düşür – dəqiqəsi 5 qəpik.
Sifariş üsulları
Taksi xidmətləri yeni texnologiyaların tətbiqindəki irəliləyişə görə təəccübləndirir. Şirkətlərin əksəriyətində sifarişi onlayn və ya mobil tətbiqlər vasitəsilə vermək olar. Bu da taksi tapmağı asanlaşdırır. Mobil tətbiqin istifadə olunması isə şirkətə imkan verir ki, müştərinin yerini də dəqiqləşdirsin. Nəticədə bəzi şirkətlər müştəridən harada olduğunu soruşmurlar – mobil tətbiq onun yerini göstərir.
Taksinin gəlmə müddəti
Şirkətlər iddia edirlər ki, sifarişdən uzağı 15 dəqiqə sonra taksi müştərinin yanında olacaq. Bəzilərində isə bu müddət ümumiyyətlə bir neçə dəqiqə təşkil edir. Hərçənd ki, ayrı-ayrı vaxtlarda Bakının yollarındakı sıxlığı nəzərə alanda bu o qədər də inandırıcı görünmür.
«Lap Gürcüstana da apara bilərik»
İstiqamət
Şirkət |
1 km-in gediş haqqı (adi vaxt) |
20 km-ə gediş haqqı |
1 km-in gediş haqqı (pik saat) |
20 km-ə gediş haqqı |
Pik saatları |
Gözləmə müddəti |
Sifariş vermə usullari |
Sifarişə çatmaq müddəti üçün vaxt |
TaxiTap |
1-3 km 3 azn 3-6km 0.50azn 6-12km 0.40azn 12-35km0.35 azn 35-100km 0.30azn 100 və yuxarı 0.20 azn |
9,7 azn |
1-2km 3azn 2-6km 0,60azn 6-12km 0,50m 12-35km 0,35 35-100km 0,30 100 və yuxarı 0,20 azn |
11,2 azn |
16:30- 20:00 |
1 dəqiqə 0,05 man |
Online və Mobil APP |
10-15 dəq |
Taxi24 |
5km 2.99 azn 5km yuxarı 0.45azn |
9,74 azn |
5km 2,99 azn 5km-dən yuxarı 0,55qəp |
11,24 azn |
17:00-20:00 |
30dəq
1,50azn |
Zəng və Mobil APP |
10-15dəq |
189 |
3km-dək 3azn 4km üçün 3.80 5km üçün 4.40 6km üçün 5azn 6km-120km dək 0.50azn 120km və sonrasl 0.30 azn
|
12 azn |
2km –dək 3 azn 2-4km 4,80 azn 5km 5,40 azn 6km 6 azn 6-10km 7,30 azn 10-12km 8 azn 12-120km 0,50azn 120-dən çox 0,30 km |
12 azn |
17:30- 20:00 |
Ilk 10 dəq pulsuz, sonra hər dəq üçün 5 qəp |
Zəng və online |
15 |
UberX |
Sifariş - 2 azn minimum məbləğ 3 azn, 1 km üçün 0,40 azn,
|
13 azn |
Qiymət dəyişmir |
13 azn |
- |
Hər dəqiqəyə görə 5 qəp |
Mobil APP |
Çatma müddəti fərqlidir. şəhərin mərkəzi ərazilərində 3 dəqiqə ilə 10 dəqiqə arası dəyişir. |
DostTaxi |
3km dək 3 azn 4km 3,60azn 5km 4,20azn 6km 4,80km 6-30km 0,50azn 30-120km 0,40azn 120km 0,30azn |
11,8 azn |
2km-dək 3azn 4km 4.60azn 5km 5.20azn 6km 6azn 12-30km 0.50azn 30-120km 0.40azn 120km 0.30azn |
13 azn |
17:00-20:00 |
Ilk 10 dəq pulsuz,sonra hər dəq üçün 5 qəp |
Zəng və online |
15 dəq |
Baku (London) taksi |
İlkin 1 azn 1-10km 0,70 azn 10-20km 0,40 azn 20 və cox 0,20 azn |
12 azn |
Fərqi yoxdur |
12 azn |
- |
Ilk 10 dəq pulsuz sonra saygac sıfırlanır. 1 dəq 5qəp |
Zəng |
15 dəq |