30 Oktyabr

Bakıda ən sərfəli taksi xidməti hansıdır? – ARAŞDIRMA

Son vaxtlar paytaxtda taksi xidmətinə tələbatın artması bu sahədə çoxsaylı şirkətlərin yaranmasına səbəb olub. Bazarda ənənəvi taksilərin (müstəqil taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) payı hələ çox olsa da, artıq ayrı-ayrı şirkətlərin əhatə dairəsi sürətlə böyüməkdədir. Hazırda Bakı şəhərində bir neçə iri taksi xidməti fəaliyyət göstərir. Fəaliyyət ərazisi eyni olsa da, xidmət səviyyəsi, xidmət çeşidi və digər amillərdən asılı olaraq xidmət haqlarında fərqlər var. Fins.az paytaxtda işləyən bir neçə populyar taksi xidmətinin xidmət tariflərini təqdim edir:

Oturmusansa 3 manat ödəyəcəksən

Taksi şirkətlərinin əksəriyyətində minimum məbləğ 3 manatdır. Taksi sifariş edilibsə və müştəri ona əyləşibsə, bu məbləğ ödənilməlidir. Bu ödənişlə müştəri təqribən 3 kilometr gedə bilər. Bundan sonra tarif əsasında gediş haqqının hesablanmasına başlanır.

Gediş haqqı

Bakı taksilərində gediş haqqı 1 kilometrə görə, 70 qəpikdən başlayıb, məsafə uzandıqca 20 qəpiyədək azalır. İlkin məsafə üçün ən bahalı gediş haqqı Baku (London) taksi şirkətindədir – 70 qəpik. Amma yol uzandıqca ən aşağı gediş haqqı da bu şirkətdədir – 20 qəpik. Əksər taksi şirkətlərində gediş haqqı 1 km üçün 35-50 qəpik arasındadır. Fins.az müqayisə məqsədilə taksidə 20 kilometrlik məsafə üçün gediş haqqını hesablayıb. Ən aşağı qiymət 9,7 manat, ən yüksək qiymət 15 manat olub.

Pik saatları

Taksi şirkətləri tarifləri müəyyən edəndə meqapolisdəki avtomobil tıxacları və yollarda itirilən vaxtı da nəzərə alırlar. Bir qayda olaraq pik saatları saat 17-dən başlayıb saat 20-dək davam edir. Bəzi şirkətlərdə pik saatına giriş 16-30, bəzilərində isə 17-30-dur. Amma bitmə müddəti dəyişmir. Bəzi şirkətlərdə isə pik saatı anlayışı yoxdur. Yəni bu saatlarda tariflər dəyişmir.

Pik tarifləri

Pik saatlarında taksidə gediş haqqı hər kilometrə təqribən 5 qəpik bahalaşır. Amma uzaq məsafələrdə elə də çox fərq eləmir. Pik saatlarında şəhərdə 20 kilometrə gediş haqları 11,2-15 manat arasında dəyişir.

Gözlətmə müddəti

Vaxt puldur və bu özünü Bakının taksi servislərinin xidmətində də göstərir. Bakıda taksini gözlətməyin hər dəqiqəsi təqribən 5 qəpikdir. Bəzi şirkətlər pul hesablanmayan «güzəşt müddəti» (10-30 dəqiqə) tətbiq edirlər. Amma bu müddətdən sonra vaxt sayğacı işə düşür – dəqiqəsi 5 qəpik.

Sifariş üsulları

Taksi xidmətləri yeni texnologiyaların tətbiqindəki irəliləyişə görə təəccübləndirir. Şirkətlərin əksəriyətində sifarişi onlayn və ya mobil tətbiqlər vasitəsilə vermək olar. Bu da taksi tapmağı asanlaşdırır. Mobil tətbiqin istifadə olunması isə şirkətə imkan verir ki, müştərinin yerini də dəqiqləşdirsin. Nəticədə bəzi şirkətlər müştəridən harada olduğunu soruşmurlar – mobil tətbiq onun yerini göstərir.

Taksinin gəlmə müddəti

Şirkətlər iddia edirlər ki, sifarişdən uzağı 15 dəqiqə sonra taksi müştərinin yanında olacaq. Bəzilərində isə bu müddət ümumiyyətlə bir neçə dəqiqə təşkil edir. Hərçənd ki, ayrı-ayrı vaxtlarda Bakının yollarındakı sıxlığı nəzərə alanda bu o qədər də inandırıcı görünmür.

«Lap Gürcüstana da apara bilərik»

Uber taksi xidməti ancaq Bakı daxilində fəaliyyət göstərir. Ondan fərqli olaraq digər şirkətlər paytaxtdan kənara da çıxırlar. Məsələn, TaksiTap və Taksi 24 şirkətləri bütün ölkə daxilində xidmət göstərir. Hətta sifariş olarsa, müştərini qonşu Gürcüstana da apara bilərlər. 189 və DostTaksi isə regionlara yalnız bir istiqamətdə hərəkət edir – yəni rayonlara aparma xidməti yerinə yetirir. Qayıdanda isə müştəri başqa xidmətlərdən istifadə edə bilər.

İstiqamət

Şirkət

1 km-in gediş haqqı (adi vaxt)

20 km-ə gediş haqqı

1 km-in

gediş haqqı

(pik saat)

20 km-ə gediş haqqı

Pik saatları

Gözləmə müddəti

Sifariş vermə usullari

Sifarişə çatmaq müddəti üçün vaxt

TaxiTap

1-3 km 3 azn

3-6km 0.50azn

6-12km 0.40azn

12-35km0.35 azn

35-100km 0.30azn

100 və yuxarı 0.20 azn

9,7 azn

1-2km 3azn

2-6km 0,60azn

6-12km 0,50m

12-35km 0,35

35-100km 0,30

100 və yuxarı 0,20 azn

11,2 azn

16:30- 20:00

1 dəqiqə 0,05 man

Online

Mobil APP

10-15 dəq

Taxi24

5km 2.99 azn

5km yuxarı 0.45azn

9,74 azn

5km 2,99 azn

5km-dən yuxarı 0,55qəp

11,24 azn

17:00-20:00

30dəq

1,50azn

Zəng

Mobil APP

10-15dəq

189

3km-dək 3azn

4km üçün 3.80

5km üçün 4.40

6km üçün 5azn

6km-120km dək 0.50azn

120km və sonrasl 0.30 azn

12 azn

2km –dək 3 azn

2-4km 4,80 azn

5km 5,40 azn

6km 6 azn

6-10km 7,30 azn

10-12km 8 azn

12-120km 0,50azn

120-dən çox 0,30 km

12 azn

17:30- 20:00

Ilk 10 dəq pulsuz, sonra hər dəq üçün 5 qəp

Zəng

online

15

UberX

Sifariş - 2 azn

minimum məbləğ 3 azn,

1 km üçün 0,40 azn,

13 azn

Qiymət dəyişmir

13 azn

-

Hər dəqiqəyə görə 5 qəp

Mobil APP

Çatma müddəti fərqlidir. şəhərin mərkəzi ərazilərində 3 dəqiqə ilə 10 dəqiqə arası dəyişir.

DostTaxi

3km dək 3 azn

4km 3,60azn

5km 4,20azn

6km 4,80km

6-30km 0,50azn

30-120km 0,40azn

120km 0,30azn

11,8 azn

2km-dək 3azn

4km 4.60azn

5km 5.20azn

6km 6azn

12-30km 0.50azn

30-120km 0.40azn

120km 0.30azn

13 azn

17:00-20:00

Ilk 10 dəq pulsuz,sonra hər dəq üçün 5 qəp

Zəng

online

15 dəq

Baku (London) taksi

İlkin 1 azn

1-10km 0,70 azn

10-20km 0,40 azn

20 və cox 0,20 azn

12 azn

Fərqi yoxdur

12 azn

-

Ilk 10 dəq pulsuz sonra saygac sıfırlanır. 1 dəq 5qəp

Zəng

15 dəq