Azərbaycanın öndə gedən saytları bir xəbər paylaşıblar . “Pərdələrə icazə verildi”. Və şəkil olaraq bunları paylaşırlar.
İndi özləri bilərlər mən ümumiyyətlə Azərbaycandan jurnalistikanın bir peşə kimi yoxa çıxdığına inanmağa başlayıram. Çünki jurnalist hər şeyi copy və paste edib yazmaz. Jurnalist faktları çılpaqlığı ilə ortaya qoyar və nəticəni oxucu, tamaşaçı və ya dinləyici çıxardar.
İlk olaraq qanunda yol hərəkəti anlayışlarında BÖYÜK bir boşluq var. Qanunda Jalüz anlayışı yoxdur. Heç pərdə , plyonka anlayışı da yoxdur.
Bu qanunu tədbiq edərkən polis nəyin və ya hansı qanunun əsasında pərdə və jalüzü ayıracaq ? Ata-babadan belə görmüşüklə yol hərəkəti nizamlanmır.
Jalüz dediyimiz hamının ştorka dediyi alət nəzərdə tutulur. Çünki Rusiyahının Yol hərəkəti haqqında qanununda bu anlayış var. Həmçinin kimsə avtomobilinin alın şüşəsinə tam şəffaf plyonka vurduqda (parlaq işıqlara qarşı) o qaydanı pozurmu ? Bu sürücü bu şəffaff plyonkanı vurmaqla qanunu pozmur. Çünki qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran plyonkalardan söhbət gedir.Şəffaf plyonka isə görüntünü heç bir halda məhdudlaşdırmır.
İndi isə gələk jalüz məsələsinə.Mən qanunla danışıram."Yol hərəkəti haqqında qanun" 1 saylı əlavə: Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı :
Burdan nə anlaşılır? Hüquqi dillə desək avtomobilinizdə nə olsa bu nasazlıq sayılır.Davam edirik...
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.
Qanunda bu söz elə-belə yazılmayıb."Olduqda" yazılsaydı bu zaman sənayə üsulu ilə hazırlanmış (zovodskoy) jalüzlər qadağan olunardı. Burada isə yazılıb ki,"çəkildikdə".Yəni hər avtomobilin sahibi özü bir pərdə alır və avtomobilin şüşəsinə çəkir,
Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan (AZS 122-2004), sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Fikir verdinizsə qanunda standardlara cavab verən sənaye üsulllu rəngli şüşələrdən danışılır. Lakin standardlara cavab verən jalüzlərdən danışılmır. Yəni Jalüz standardtlaşmayıb. Və onun standartı yoxdur. Həmçinin şəffaf plyonka dedikdə nəyi nəzərdə tuturlar bu da aydın deyil. Yəni siz sabah qara plyonkanı şüşənin yuxarı hissəsinə vursanız bu zaman YPX inspektoru deyəcək ki , qanunda şəffaf plyonka yazılıb. Lakin bu şəffaflığı kim və nə ilə aydınlaşdırır ?
Bir məqama da nəzər salaq.
Qanunda sürücülərin görünüş dairəsini məhdudlaşdıran şüşələrdən söhbət gedir. Lakin arxa görüntü şüşəsi sürücünün görünüşü dairəsinə aiddirmi ?
AZS standardlarına baxdıqda aid deyil. Lakin AZS standardtlarında yalnız arxa şüşələrinə qaralma dərəcəsinin sürücünün görməsininin məhdudlaşdırma dərəcəsindən asılı olaraq qaralması da var.
Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün – 70%
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.
Bu arxa şüşələr ifadəsi ümumumi olduğuna görə qanunda dəqiqləşdirilmə yoxdur. Axı sürücünün arxasındakı şüşə də arxa şüşədir.Həmçinin qanunda LƏR şəkilçisindən istifadə olunur. Məsələn - Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 70 % , minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
AZS standardlarında arxa yan şüşələr deyildikdə biz onu anladıq ki, bu sürücünün bilavasitə arxası və sərnişin yeri olan zona nəzərdə tutulur. Bəs 1 saylı əlavədəki arxa şüşələr hansıdır? DYP-dən bunun yalnız arxa görüntü şüşəsi olduğu qeyd olunur.Lakin qanunda LƏR şəkilçisi nə üçün yazılıb. Axı avtomobilin bir arxa görüntü şüşəsi olur. LƏR şəkilçisi məntiqlə arxa yan şüşələrə də aid olması ilə bağlı göstəriş olduğunu müəyyən edə bilərik. Çünki AZS standardlarında digər şüşələr deyilən anlayış var. Amma qanunda olan bu qeyri-müəyyənlik sui-istifadə hallarına gətirib çıxardır.
Bu yaxınlarda AZS standardlarına edilən əlavə isə heç yerinə düşmədi. AZS standardında göstərilib ki, hava şəraitini nəzərə alaraq May ayının 1-dən Oktyabr ayının 15-ə qədər sanaye üsullu jalüzdən istifadə oluna bilər. Bu əslində deyəsən axı hüquqa ziddir. Çünki Normativ Aktlar Haqqqında Azərbaycan Respublikasının qanununa əsasən İki qanun arasında ziddiyət varsa bu zaman bu qanunların hüquqi statuslarına baxılmaldır. Yəni hansı daha əsas qanundur. Əgər eyni statuslu qanundursa ən son qəbul olunan əsas sayılır. AZS Standardı YHQ –dan üstün ola bilməz. Ona görə YHQ-nin 1 saylı əlavəsinin 7-ci bəndindəki müddəa AZS standardı tədbiq olunmadan bütün aylara aid ola bilər. Yetər ki, sanaye üsullu olsun. Daha bir məqam isə bu jalüzün ümumiyyətlə sanaye və ya kustar olması hansı üsulla müəyyən edilir ? Bu sualın qarşısında tarix hələ də susur.
İnspektorların əlində 1 saylı əlavə , AZS standartı olmadığına görə onlar hər kəsi cəzalandırırlar. Lakin məncə bu səhv yanaşmadır.
Bəli qadağan olunmuş örtüklərin istifadəsi yol verilməzdir. Və bu örtüklər hamıya məlumdur. PƏRDƏ VƏ PLYONKA!!!! Tutaq ki, sabah qlobal iqlim dıəyişiliyi baş versə yanvar ayı çox günə.li keçsə biz jalüzdən istifadə etməliyikmi ? Bəlkə AZS standartına yenidən baxılacaq ?
Yuxarıda qeyd etdiyimiz kimi bu örtüklər dəqiq hara olar məsələsi mütləq izah olunmalıdır. DYP əməkdaşı tərəfindən deyil Konstitusiya məhkəməsi tərəfindən. Çünki bizim respublika yol hərəkəti təhlükəsizliyi ilə bağlı Vyana konvensiyasının üzvüdür. Və konvensiya çərçivəsində qanunlarımız həmin konvensiyaya uyğunlaşdırılmalıdır.
1 saylı əlavə də həmçinin. Səhv tərcümə ilə deyil dəqiqləşdirilmə ilə. Çünki Yol Hərəkəti haqqında qanunda deyilir ki, əgər bizim qanun beynalxalq qanunla ziodddiyət təşkil edirsə beynalxalq qanunlar əsas götürülməlidir.
Mənbə: Avtostop.tv