Azərbaycanda plastik kartların sayı çoxaldıqca, kart sahibləri və kartlardan istifadə də artır. Hazırda ölkə bankları müştərilərinə onlarla müxtəlif funksiyalı plastik kartlar təqdim edirlər. Amma bu kartlar həm əhatə dairəsi, həm də imknaları ilə fərqlənirlər. Fins.az hazırda ölkə bazarında ən populyar kartların imkanlarını və göstəricilərini müqayisə edib. Müqayisə "Unibank"ın "Albalı plus" kartı, "DəmirBank"ın "Dəmirtaksit" kartı, "Bank Of Baku"nun "Bolkart" kartı və "Yapı Kredi Bank"ın "Worldkart" kartı arasında aparılıb.
Müqayisə nəticəsində məlum olur ki, bu kartlara sahib olmaq qətiyyən çətin deyil. Məsələn, "Albalı plus"a sahib olmaq üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışın olması kifayətdir. Kartları almaq üçün pul da tələb olunmur, yalnız "Worldkart"da kartın kateqoriyasından asılı olaraq 25-150 manat arasında ödəniş tələb olunur. Kartla açılan kredit xəttinə gəlincə, ən aşağı kredit faizi "DəmirTaksit"dədir - illik 19%. Müqayisə üçün bildirək ki, "Bank of Baku"nun "Bolkart"ında faiz dərəcəsi bundan 11% yüksəkdir, yəni 30%.
Əvəzində "DəmirTaksit" kartından pul çıxaranda 5,5% komission haqq ödəməlisən ki, bu da başqa kartlardan qat-qat yüksəkdir.
Plastik kartlar üzrə ən böyük kredit xətti "Albalı plus"da açıla bilər - 10 min manata qədər. Taksit xidmətləri üzrə tərəfdaşlara gəlincə, burda da "Albalı plus" rəqiblərindən üstündür - 1300 tərəfdaş. Bu sahədə ikinci yeri 944 tərəfdaşla "Worldkart" tutur. Əvəzində "Yapı kredi"nin kartandan Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Dubayda da taksit xidmətlərindən faydalanmaq olar.
"Bolkart" isə istifadə imkanı olan regionların sayı ilə seçilir - bu kartdan 12 bölgədə istifadə etmək olar. Hərçənd bu da ölkənin bütün regionlarının cəmi 20%-i qədərdir.
Nəhayət, bu kartlardan yalnız biri - "Albalıplus" həm də əmanət kimi istifadə oluna bilər. Bura yatırılan məbləğ sahibinə ildə 6% gəlir gətirə bilər.
|
Bolkart |
Albalı plus |
Dəmirtaksit |
Worldkart |
Verilmə şərtləri |
1.Şəxsiyyət vəsiqəsi
2.İşyerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış) |
1.Şəxsiyyət vəsiqəsi
2. İş yerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)
|
1.Şəxsiyyət vəsiqəsi
2. İş yerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)
3. Minimum əmək haqqı 100 manat |
1.Şəxsiyyət vəsiqəsi
2. İş yerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)
3. Minimum əmək haqqı 300 manat |
Kartın qiyməti |
Pulsuzdur |
pulsuzdur |
pulsuzdur |
Klassik 25 AZN, Gold 50 AZN, Platinium 150AZN |
İllik % dərəcəsi |
30 % |
30% |
19% |
28% |
Kreditin minimum və maksimum məbləği |
300-5 000 manat |
100-10 000 manat |
300-2 000 manat |
250-5 000 |
İllik xidmət haqqı |
Yoxdur |
yoxdur |
yoxdur |
Yoxdur |
Yaş həddi |
18-65 |
18-65 |
20-65 |
18-65 |
Xaricdə əhatə dairəsi |
Mastercard-ın istifadə olunduğu bütün ölkələr |
Mastercard-ın istifadə olunduğu bütün ölkələr |
Mastercard-ın istifadə olunduğu bütün ölkələr |
Mastercard-ın istifadə olunduğu bütün ölkələr |
Xarici ölkələrdə taksit şərtləri |
Azərbaycanda olduğu kimi |
Azərbaycanda olduğu kimi |
Azərbaycanda olduğu kimi |
Klassik və Gold yalnız kampaniya vaxtı, Platinium isə Rusiya, Türkiyə və Dubayda 3 aylıq taksitlə |
Nağd pul çıxarma imkanı |
Adi "Bolkart"da olmur, "Bolkart Grace"də mümkündür, komission haqq 2% |
Bütün məbləğ kredit xətti kimi istifadə oluna bilər, komission haqq 1% |
Kartdakı məbləğin 70%-i nağdlaşdırıla bilər, komission haqq 5,5% |
"Classic"də 50 %, "Gold"da 60%, "Platinium"da 100 % məbləğ nağdlaşdırıla bilər 2%+1AZN |
Tərəfdaşların ölkə üzrə əhatə dairəsi |
Bakı, Şirvan, Sumqayıt, Şəki, Şəmkir, Gəncə, Goranboy, Astara, Xaçmaz, Lənkəran, Masallı, Xırdalan, |
Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Mingəçevir, Şəmkir |
Pos-terminal olan istənilən mağaza |
Bakı, Gəncə, Sumqayıt |
Tərəfdaş şirkətlərin sayı |
80 |
1300 |
Konkret tərəfdaş yoxdur |
944 |
Funksional imkanları |
1. Güzəştsiz kredit kartı (Bolkart),
2. 45 gün güzəşt müddəti olan kredit xətti ( Bolkart Grace) |
1. 40 gün güzəşt müddəti olan kredit xətti
2. İllik 6% dividentli əmanət kartı |
1. Güzəştsiz kredit kartı |
1. 30 gün güzəşt müddəti olan kredit xətti |