30 Oktyabr

Ən sərfəli bank əmanəti hansı bankdadır? – FAİZLƏR

Azərbaycanda bank əmanətlərinin illik gəlirliyi 0,5%-dən 21,8% arasında dəyişir. Fins.az-ın məlumatına görə, bu barədə ölkə banklarının əmanət şərtlərində bildirilir.

Əmanəti manatda saxlamaq daha sərfəlidir

Araşdırma göstərir ki, manatla yerləşdirilən əmanətlərin gəlirliyi xarici valyutada – dollar və avroda yerəşdirilən əmanətlərə nisbətən daha yüksəkdir. Banklar bir qayda olaraq manat əmanətlərinə dollar və avro ilə müqayisədə 1-2% artıq dividend ödəyirlər.

Amma faiz dərəcəsinin konkret həddi əmanətin hansı bankda və hansı müddətə yerləşdirilməsindən asılıdır. Belə ki, banka əmanəti 1 illik yerləşdirmək istəyənlər maksimum 10% gəlir əldə edə biləcəklər. Daha çox faizlər isə əmanətin daha uzun müddətində əldə edilir.

3-5 il gözləməklə 15% gəlir götürmək olar

Belə ki, banklarda azı 3 il müddətinə əmanət yerləşdirənlər illik 4,5%-dən 16%-ə qədər gəlirə ümid edə bilərlər. Bu baxımdan ən aşağı faiz dərəcəsi “Azərbaycan Sənaye Bankı”nda, ən yüksək faiz dərəcəsi isə “Dekabank”dadır.

Bir sıra banklar əmanətlərə görə, illik 15% dividend ödəməyə hazırdırlar. Bir şərtlə ki, əmanətlər azı 5 il müddətinə yerləşdirilirsin. Belə banklara “Atabank” və “Kapitalbank”ı misal göstərmək olar. Bəzi banklarda isə hətta 5 illik əmanətlərin faizləri də yüksək deyil. Məsələn, “PAŞA Bank”da 5 illik əmanətlər üzrə faiz dərəcəsi 10%-i keçmir.

Pulu 2-3 qat artıran əmanətlər

Amma illik hətta 20% gəlir təklif edən əmanət məhsulları da var. Amma bunun üçün əmanət azı 6 illiyə yerləşdirilməlidir. Məsələn, “Bank Standard”da şərtlər belədir. Yəni, bu banka 6 il müddətinə 1000 manat qoyanlar 6 ildən sonra 2200 manat götürə bilər.

Müştərilərinə illik 20,6%-dən pul ödəyən “Azərbaycan Beynəlxalq Bankı” əmanətin azı 10 il müddətinə, 21,8%-dən pul ödəyən “Parabank” isə əmanətin azı 8 il müddətinə yerləşdirilməsini istəyir. Yəni “Azərbaycan Beynəlxalq Bankı”ında 10 illik 1000 manat yerləşdirənlər müddətin sonunda 3060 manat əldə edəcək. “Parabank”a yerləşdirilən 1000 manat isə 8 ildən sonra 2744 manata çevrilir.

Ən aşağı faiz dərəcəsi İran bankındadır

Azərbayanda ən aşağı faiz dərəcəsi ilə əmanət qəbul edən bank isə İran Milli Bankının Bakı filialıdır. Bu banka qoyulan əmanətlər illik maksimum 1% gəlir gətirir. 2014-cü ildə ölkədə inflyasiyanın 1,4% olduğunu nəzərə alanda bankın gəlirliyi heç inflyasiyanı da qabaqlamağa imkan vermir. İran bankının baş mühasibi Elxan Rəhimli bunu bankın maliyyə resurslarının kifayət qədər olması, əmanətlərə ciddi ehtiyac duymamaları ilə izah edir.

Pulu götürməyə tələsməyin

Sonda onu da bildirək ki, maksimal faiz dərəcəsi ilə gəlir əldə etmək istəyənlər əmanətə görə faizləri yalnız müqavilə müddətinin sonunda götürməlidir. Faizlər rübdə, 6 ayda və yaxud ildə 1 dəfə ödənildikdə, əmanətin faiz dərəcəsi 1-2% aşağı düşür.

Kommersiya bankının adı

Fiziki şəxslərin manatla yerləşdirilən əmanətlərinə görə maksimal

faiz dərəcəsi

Minimal müddət tələbi

1

“Accessbank”

10,0%

1 il

2

“AFB Bank”

7,0%

1 il

3

“Amrahbank”

14,5%

3 il

4

“Atabank”

15,0%

5 il

5

“Atrabank”

13,0%

3 il

6

“Azərbaycan Beynəlxalq Bankı”

20,6%

10 il

7

“Azərbaycan Kredit Bankı”

9,0%

1 il

8

“Azərbaycan Sənaye Bankı”

4,5%

3 il

9

“AGBank”

11,0%

2 il

10

“Azər-Türk Bank”

11,0%

3 il

11

“Bank Avrasiya”

11,0%

2 il

12

“Bank of Baku”

16,0%

5 il

13

“Bank BTB”

14,0%

3 il

14

“Bank Respublika”

10,5%

3 il

15

“Bank Silk Vey”

8,0%

1 il

16

“Bank Standard”

20,0%

6 il

17

“Bank VTB”

12,0%

3 il

18

“Dekabank”

16,0%

3 il

19

“Dəmirbank”

10,5%

3 il

20

“Expressbank”

14,5%

5 il

21

“Gəncəbank”

14,0%

2 il

22

“Xalq Bank”

6,0%

1 il

23

“Kapitalbank”

15,0%

5 il

24

“Kredobank”

12,0%

2 il

25

“Qafqaz İnkişaf Bankı”

14,5%

3 il

26

İran Milli Bankının Bakı filialı

1,0%

1 il

27

“Muğanbank”

14,0%

3 il

28

“Naxçıvanbank”

10,0%

1 il

29

“NBC Bank”

13,0%

1,5 il

30

“Bank Nikoil”

13,2%

3 il

31

“Parabank”

21,8%

8 il

32

“PAŞA Bank”

10,0%

5 il

33

“Rabitəbank”

11,5%

2 il

34

“Bank Technique”

12,0%

5 il

35

“Turanbank”

14,5%

3 il

36

“Unibank”

14,0%

3 il

37

“Yapı Kredi Bank”

8,0%

3 il

38

“Yunayted Kredit Bank”

9,0%

1 il

39

“Zaminbank”

10,0%

1 il