QARABAĞ

16 Avqust

Ağdam Sənaye Parkında LED ışıq istehsalı üzrə yeni müəssisə təsis edilir

“LEDLINE” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət, Sənaye Parkının 1 hektar ərazisində LED işıqların istehsalı üzrə müəssisə inşa edəcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Finss.az-a verilən məlumata görə, investisiya həcmi 4,5 milyon manat olan bu layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

İstehsal ediləcək LED işıqlarının daxili bazarın tələbatını ödəməsi nəzərdə tutulur. Bu, yerli istehsalın gücləndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində atılan mühüm addımlardan biridir.

Fuad Mədətov
Finss.az